Gilan Qəbələ Konserv Zavodu - Məhsullar PDF Print E-mail
Məhsullar - Məhsullar

"Jalə" 100%  təbii meyvə şırə və nektarları
 
«Jalə» ekoloji saf və təmiz, 100% təbii meyvələrdən hazırlanmış meyvə şirəsidir. «Jalə» meyvə şirə və nektarları orjinal dadı və yüksək keyfiyyətinə görə  bir sıra yerli və beynəlxalq sərgilərdə əsas mükafata layiq görülmüşdür. Azərbaycan meyvə şirələri bazarında artıq liderliyi ələ almış «Jalə» şirəsi bu gün nəinki daxili bazara, hətta Avropa Birliyi, Baltikyanı ölkələr, MDB ölkələri, İran, Türkiyə, ABŞ və 30-dan çox digər ölkəyə ixrac olunur.

«Jalə» meyvə şirələri Sizə Albalı, Alma, Ananas, Armud, Banan, Böyürtkən, Çaytikanı, Çiyələk, Ərik, Feyxoa, Gavalı, Göyəm, Heyva, Nar, Portağal, Qara Qarağat, Şaftalı, Tomat, Üzüm, Zoğal kimi meyvələrin şirə və nektarlarını təqdim edir. «Jalə» meyvə şirə və nektarları 8 növ qablaşdırma ilə istehsal olunur. Bunları 2-şüşə qab, 1-dəmir extra və 5-TetraPak qablaşdırma növləri təşkil edir.
 
 
 
 
 
 
"Золотой Сад" 100%  təbii meyvə şırə və nektarları

2009-cu ilin fevral ayından etibarən yeni məhsulumuzu- “Золотой Сад” meyvə şirələrini Azərbaycan istehlakçılarına təqdim edirik. Az bir zamanda “Золотой Сад” meyvə şirələri müştərilərin rəğbətini qazanaraq, meyvə şirələri bazarında öz layiqli yerini tutmuşdur.  
     
Hazırda 1 litrlik “TetraPak Square” qutularına doldurulan “Золотой Сад” meyvə şirələri çox yaxın zamanda digər qablaşdırma və həcm formalarında da alıcılara təqdim ediləcək.

“Золотой Сад” meyvə şirələrini içərkən − ərik, şəftalı, albalı, nar, qarağat, alma, portağal, multivitamin meyvələrinin gözəl tamlarının dadını duyur və dərk edirsən ki, həqiqətən Azərbaycan torpağı bir “Qızıl Bağ”-dır.  
 
 
 
 
 

"İce tea Jalə"
 
Susuzluğu  yatıran - “İce tea Jalə” − əla növ qara çayın və limon şirəsinin vəhdətidir. Sizə təravətləndirici dad bəxş edir. Tərkibindəki layma və berqamot “İce tea-Jalə” içkisinin ətrini daha da mükəmməlləşdirir. “İce tea -Jalə” − Sizlərə Limon, Şaftalı və Manqo meyvələrinin ecazkar dadını bəxş edir. Limonlu “İce tea - Jalə” görmə qabiliyyətinə müsbət təsir göstərir, stressi aradan götürür.
 
Manqo ətirlı “İce tea- Jalə” Sizə tropik təbiətin ətirini bəxş edən mükəmməl sərinləşdirici içkidir. “İce tea-Jalə” şaftalı - əla növ qara çayın və şaftalı şirəsinin vəhdəti - Sizə təravətləndirici dad bəxş edir. Tərkibindəki şaftalı şirəsi qidalandırıcı və xeyirli tərkibi ilə təbii meyvə dadını xatırladır. “Ice tea Jalə”  təbii şaftalının bütün faydalı xüsusiyyətlərini özündə əks etdirir.
 
 
 
 
 

"Jalə Meyvə dilimləri" öz meyvə şirəsində
 
Hər zaman yenilikləri ilə fərqlənən Jalə meyvə şirələri ailəsinə yeni məhsul əlavə olundu – Meyvə dilimləri öz meyvə şirəsində.
 
Meyvə şirəsindən daha təbii yalnız meyvənin özü ola bilər. Açılması rahat – dadi isə təkrar olunmaz. Jalə Meyvə dilimləri öz meyvə şirəsində  sizlərə 820 qramlıq böyük və 410 qramlıq kiçik qablaşdırmada təqdim olunur.
 
 
 
 
 
 
 
 
 
 
 

                   Ana səhifə | Şirkət | Məhsullar | Istehsalat | Loqistika | Foto | Video | Əlaqə
 
 
 
                  Gilan Holdinq | Qəbələ Konserv Zavodu  © Bütün hüquqları qorunur 2010