Gilan Qəbələ Konserv Zavodu - Məqsəd və Missiyamız PDF Print E-mail
Şirkət - Məqsədimiz
 
Missiyamız: Ekoloji cəhətdən təmiz , təbii məhsul istehsalçıları arasında lider müəssisə olmaqdır.
 
Məqsədimiz: Xalqımızı yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz , təbii məhsullarla təmin etmək və Azərbaycan malını dünya bazarında tanıtmaqdır.

 
Gilan Qəbələ Konserv Zavodu olaraq yeni istehsal sahələri quraraq, məhsullarımızın çeşidini artırırıq. Zavodumuzun istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır.

Qəbələ Konserv Zavodu istehsalın səmərə və keyfiyyətini artırmaq üçün ölkəmizin müxtəlif regionlarında meyvə və tərəvəz əkinçiliyini inkişaf etdirərək fermerləri məlumatlandırır. İnanırıq ki, yeni texnologiya əsasında hazırlanan Azərbaycan nemətləri dünya bazarında birincilik qazanacaqdır. Hədəfimiz çox yaxında dünyada tanınmış meyvə suyu istehsalatçıları sırasına girərək, layiqli bazar payı əldə etməkdir.

Biz, Gilan Qəbələ konserv zavodu, 2 il bundan öncə Azərbaycan bazarı üçün istehsal etdiyimiz məhsulları təqdim edərkən qarşısımıza qoyduğumuz birinci vəzifəmiz Azərbaycan istehlakçılarının çoxlarının sevdiyi meyvələrin dadını damla-damla toplayaraq meyvə şirələrindən daddırmaq idi. Bu gün biz əminliklə deyə bilərik ki, biz məqsədimizə nail olmuşuq və bunun bariz nümünəsi bizim məhsullara olan təlabatın gündən-günə artmasıdır.

Bizim ikinci vəzifəmiz − Azərbaycan istehlakçılarının sevdiyi meyvə dadlarına yeni meyvə dadları qatmaq və eyni zamanda, Azərbaycan meyvələrinin dadını ölkənin hüdudlarından kənarda tanıtmaqdır.
 
Gilan Qəbələ Konserv Zavodunun qarşısında qoyulmuş əsas hədəflər:

  Şirkətin istehsal imkanlarının daha da genişləndirilməsi;

  Dünya bazarında layiqli yerlərdən birini tutmaq;

  Çeşidlərin müxtəlifliyini artırmaq və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması;

  Keyfiyyətə nəzarətin artırılması və davamlı olaraq bu istiqamətdə işlərin təşkili;

  İstehsal fəaliyyətində yeniliklərin tətbiq olunması;

  Digər ölkələrdə fəaliyyət göstərmək üçün yeni imkanların araşdırılması.

 
Uğur prinsiplərimiz:

  Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək;

  Ətraf mühit qarşısındakı məsuliyyətimizi dərk edərək onu qorumaq;

  Ölkənin şirə istehsalı sektorunda nüfuz qazanmaq.

 
Dəyərlərimiz:

  Peşəkarlıq − biz öz işimizlə məsuliyyət, keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edən peşəkarlarıq;

  Keyfiyyət − biz istehsal, sağlamlıq və keyfiyyət göstəricisiyik;

  Zəmanət − biz məhsullarımıza öz adımızla zəmanət veririk.

 
 
 
 
 
 
 
 
 
 
 
 

                   Ana səhifə | Şirkət | Məhsullar | Istehsalat | Loqistika | Foto | Video | Əlaqə
 
 
 
                  Gilan Holdinq | Qəbələ Konserv Zavodu  © Bütün hüquqları qorunur 2010