Gilan Qəbələ Konserv Zavodu - Şirkət haqqında PDF Print E-mail
Şirkət - Şirkət haqqında

Dağlar qoynunda yerləşən qədim Qəbələ şəhəri Azərbaycanın cənnət guşələrindən biridir. Qəbələ özünün təkcə zəngin tarixi ilə deyil, həm də bərəkətli torpaqları, füsunkar təbiəti və bol məhsullu meyvə bağları ilə də məşhurdur.

 Bu gün böyükdən-kiçiyə hamının yaxşı tanıdığı “JALƏ” “ЗОЛОТОЙ САД” şirələri də məhz burada - Qəbələ Konserv Zavodunda istehsal edilir. Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ Konserv Zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən dadlı-ləzzətli məhsulları ilə Azərbaycan bazarında liderliyi ələ almışdır.


 
13 hektarlıq ərazidə yerləşən, ildə 70 000 ton meyvə emal etmək və 210 000 ton meyvə şirəsi istehsal etmək  gücünə malik olan Qəbələ Konserv Zavodu, Avropada istehsal edilmiş ən müasir avadanlıqlarla təchiz edilmişdir. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət edilən mütəxəssislər bu avadanlığın istismarında, eləcə də yerli ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər.

Təsadüfi deyil ki, artıq bu gün Qəbələ Konserv Zavodu istehsal etdiyi təbii meyvə şirələri və  eləcə də meyvə şirələri istehsalı üçün əsas xammal olan konsentrat və pürelər yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərində satılır.

Bütün beynəlxalq keyfiyyət sertifikatlarına malik olan məhsullarımızın istehsalında başlıca prınsiplərdən biri də məhz, bərəkətli Azərbaycan torpağında yetişən yerli xammaldan  istifadədir. Bu məqsədlə Qəbələ Konserv Zavodu yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından meyvə və tərəvəz məhsulları tədarük edir. On minlərlə həmvətənlimiz bizim sifariş verdiyimiz meyvə və tərəvəzin becərilməsi ilə məşğuldur ki, bu da Respublikada kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir.

Məhsullarımızı respublikanın bütün şəhər və rayonlarını əhatə edən distribüter  şəbəkəsi vasitəsi ilə ticarət müəssisələrinə çatdırırıq ki, bu da əhali üçün yüzlərlə yeni iş yeri deməkdir. Zavodumuz durmadan yeniləşir, genişlənir. Yeni istehsal sahələri tikilir, məhsullarımızın çeşidı artır.

Məqsədimiz: Xalqımızı yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz , təbii məhsullarla təmin etmək və Azərbaycan malını dünya bazarında tanıtmaqdır.

Missiyamız: Ekoloji cəhətdən təmiz , təbii məhsul istehsalçıları arasında lider müəssisə olmaqdır.
 
Korporativ dəyərlərimiz:

Liderlik-biz hər yerdə birinciyik;

Peşəkarlıq-biz işimizin ustasıyıq;

Keyfiyyət- biz gələcək nəslin sağlamlığını bu gün qoruyuruq;

Maliyyə sabitliyi-bizim qazancımız dövlətin qazancıdır;

İnnovasiyalar-biz həmişə yeniliyin, tərəqqinin tərəfdarıyıq.

 
 

 
 
 
 
 
 
 
 
 
 

                   Ana səhifə | Şirkət | Məhsullar | Istehsalat | Loqistika | Foto | Video | Əlaqə
 
 
 
                  Gilan Holdinq | Qəbələ Konserv Zavodu  © Bütün hüquqları qorunur 2010