Banan C, A, B vitaminləri və maqneziumla zəngindir. Bananın tərkibində olan vitamin və minerallar maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən şlak və zərərli maddələri xaric edir. «Jalə» - banan nektarı qanda xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Banan nektarı mədəsində xora olanlar üçün çox faydalıdır.
«Jalə» - banan nektarının tərkibində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Alimlər iddia edirlər ki, banan nektarı hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. Əsas mikroelementlər: kalium, kalsium, maqnezium, dəmir və fosforla zəngin olan banan, insan orqanizminin düzgün fəaliyyətinə kömək edir.
Tərkibi:
Tərkibi - təbii banan püresi, şəkərli sirop, limon turşusu.Homogenləşdirilmişdir. Konservantsız.
Qida dəyəri 100 ml
Yağ - 0 qr
Karbohidrat – 15,0 qr
Vitamin C - 7,4 mq
Vitamin B1- 0,01 mq