"Jalə" brendi "Most Fashionable Awards 2016” mükafatının sponsoru oldu.

Bu il “World Beauty Congress” tərəfindən “JW Marriott Absheron Baku” hotelində keçirilən "Most Fashionable Awards 2016” mükafatına Azərbaycanın çox tanınmış və sevilən “Jalə” brendi sponsor oldu.

Möhtəşəm gecədə Faiq Ağayev, Nigar Camal, Eldar Qasımov, Nura Suri kimi estradamızın məşhur ulduzları qonaq olub. Beynəlxalq layihədə müğənnilərlə yanaşı aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, modelyer-dizaynerler, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları da iştirak edib.
Müğənni Faiq Ağayev, Nura Suri, Nigar Camal, idmanci Zabit Məmmədov,  aktrisa Natavan Əfəndiyeva, Amaliya Pənahova bu il göstərdikləri fəaliyyətlərinə və ötənilki uğurlu çıxışlara görə mükafat və sertifikatlarla təltif olunub.
Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən, "Dünya Gözəllik Konqresi"nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi keçən ildən bəri paytaxtımızda da keçirilir .