"Jale" brendinin dəstəyi ilə "Youth Speak Forum Azerbaijan" tədbiri keçirilib.

"Gilan FMCG" növbəti uğurlu təşəbbüsü ilə çıxış edərək "Youth Speak Forum Azerbaijan" tədbirinin partnyoru olub.

AIESEC təşkilati tərəfindən Azərbaycanda həyata keçirilən əsas layihələrdən biri olan bu forum Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilib. Bu il forumun əsas mövzuları Sosial Sahibkarlıq, Layihələrin İdarəedilmesi, eləcə də Məşğulluq və Təhsil mövzuları olublar.

 

BMT-nin davamlı inkişaf məqsədlərinə töhfə verilməsi məqsədilə keçirilən forum gənclərin böyük marağına səbəb olub.

Çoxsaylı gənc iştirakçıların qatıldığı bu irimiqyaslı tədbir təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edib.

Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan gənclərini davamlı inkişaf məqsədlərinə nail olmağa həvəsləndirmək və bunun üçün BMT tərəfindən 2030-cu ildə davamlı inkişaf və daha yaxşı gələcək naminə elan edilmiş “Youth for Global Goals” kampaniyasına qoşulmağa təşviq etməkdən ibarətdir. Gənclərin cəmiyyət və sosial sahibkarlığa müsbət təsirinin artırılması, eləcə də idarəçilik, innovasiyalar, sahibkarlıq sahələrindəki bilik və təcrübələrini artırmaqla, fəaliyyətə başlamaları və sosial layihələrə start vermələri üçün onlara dəstək verilməsi forumun keçirilməsində başlıca məqsədlərdəndir.


“Youth Speak” forumunun tərəfdaşı olan və gənclərə, təhsilə hər zaman dəstək verən "Gilan FMCG" müxtəlif ünsiyyət platformalarına böyük önəm verməkdədir. Bu il "Gilan FMCG"-ya məxsus olan “Hazzard” enerji içkisi və “Jalə” təbii şirələr brendləri Foruma dəstək oldular.